“Makqreqorun növbəti rəqibi Nurməhəmmədov olmalıdır”

“Makqreqorun növbəti rəqibi Nurməhəmmədov olmalıdır”

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyn Uayt hesab edir ki, irlandiyalı döyüşçü Konor Makqreqorun növbəti rəqibi rusiyalı həmkarı Həbib Nurməhəmmədov olmalıdır.

“Qafqazinfo”nun məlumatına görə, bunu o, Makqreqorun amerikalı rəqibi Donald Serronenin üzərində qələbə çalmasından sonra deyib.

Deyn Uayt

“Bu, Həbibin irsi üçün də vacibdir. Əgər o, Toni Ferqüsonu, daha sonra bir dəfə də Konoru döysə... Bu, inanılmaz bir şey olacaq”, - Uayt söyləyib.

UFC prezidenti döyüşçülərin görüşünün Moskvada keçirilməyəcəyini bildirib. "Döyüşün Moskvada olmayacağına dair çox səbəblər var", - o deyib.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında döyüşcülər oktaqonda üz-üzə gəlmişdi. O vaxt Nurməhəmmədov Makqreqora qalib gəlmişdi.

Mənbə: qafqazinfo.az