"Arsenal"da 5 illik anlaşma

"Arsenal"da 5 illik anlaşma

PSG-nin futbolçusu Layven Kurzava yeni mövsümdə karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Arsenal" ilə razılıq əldə edib.

Fransız futbolçunun "Arsenal"la 5 illik müqaviləyə razılaşdığı və yayda London klubuna keçəcəyi bildirilir.

Qeyd edək ki, 2015-ci ildən PSG-nin formasını geyinən Kurzavanın müqaviləsi mövsümün sonuna qədərdir.

Milli.Az

Mənbə: news.milli.az