Vitali Kvaşuk: "Sabah"ın baş məşqçisi mənimlə çirkin davrandı" - MÜSAHİBƏ

Vitali Kvaşuk: "Sabah"ın baş məşqçisi mənimlə çirkin davrandı" - MÜSAHİBƏ

"Sabah" klubunun sabiq futbolçusu Vitali Kvaşyuk "sportarena.com"a geniş müsahibə verib. "Report"un məlumatına görə, 27 yaşlı futbolçu əvvəlcə Azərbaycandakı karyerası haqda danışıb...

- Belarusdan sonra Azərbaycan Premyer Liqasında Marko Deviçlə birgə "Sabah" klubunda oynadım. Sanki böyük bir psixoloji çuxura düşdüm. Ancaq bunun öhdəsindən gəlməyimə, həyatıma yenidən başlamağıma kömək edən insanlar tapdım. Bu, sırf psixoloji durum idi, fövqəladə bir şey yox idi. Düzdür, Messi kimi rəqib komandanın yarısını aldadıb qol vurduğum hal olmadı. Sadəcə, özünəinam yarandı və bu, mənim üçün dönüş nöqtəsi oldu.

- Azərbaycana necə getdiniz?

- Menecer zəng etdi və bu ölkədə mənimlə maraqlandıqlarını söylədi. Baş məşqçi və klubun prezidenti də zəng vurdu. Danışdıq, hardasa nəyisə başa düşmədik. Amma getdim və müqavilə imzaladım.

- Azərbaycan çempionatında 8 komanda 4 dövrədə çıxış edir...

- Mən orada həqiqətən kef edirdim. İnfrastruktur, üst səviyyəli otellər, bir sözlə, şərait gözəldir. Yanaşma futbola uyğundur. Bakı sadəcə çox gözəl şəhərdir. Sükan arxasında sürətlə sürməyi sevirəm və bu şəhər mənim üçün yaxşıdır. Bu baxımdan, özümü burada suda balıq kimi hiss etdim.

- Çempionatdakı 8 komandadan 5-i Bakını təmsil edir. Futbolu məşhurlaşdırmaq dəhşətlidir?

- Mənim üçün möhtəşəmdir (gülür). Nəhəng Ukraynadan sonra cənubdan qərbə gedəndə hamısı yaxşıdır. Çempionatın böyüməsi üçün pul lazımdır. Özəl klublar yaxşı işləyir. Geridə qalanı da belədir.

- Həyatınızın bu mərhələsindən razı idiniz?

- İlk matçımda hücumameyilli yarımmüdafiəçi mövqeyində oynadım və dərhal "Azərbaycan çempiopnatının açılışı" deməyə başladım. Lakin sonradan oyunum uğursuz alındı və baş məşqçi ilə dialoqum oldu. O, mənə səhvlərimi göstərməyə başladı. Biz uduzduq, baş məşqçi mənə çox top itkisinə yol verdiyimi söylədi. Mən ağıllı oğlanam və dərhal buna son qoyaraq, harada ötürmə verməli və topu özümdə saxlamalı olduğumu anladım. Növbəti oyunda bütün bunlar reallaşdı və biz 2:0 hesabı ilə qalib gəldik. Baş məşçqçi (Elşad Əhmədov - red.) gəlib söylədi: "Mən sənə dedim axı müdafiəçiləri keçməyə çalış". Mən də "Siz mənə topu itirməməyi tapşırdınız, amma təkbətək mübarizədə rəqibi keçmək potensial top itkisidir" - deyə cavab verdim. Ancaq baş məşqçi yenə də "Mən sənə dedim, qışqırırdım ki, müdafiəçiləri keç" söylədi.

- Sonra necə oldu?

- Mübahisə etməyə başladıq, ancaq mən onu anlaya bilmirdim. Həm komanda, həm də mən istər statistika, istərsə də keçilən məsafə baxımından yaxşı oynadıq. Onlarla mübahisədə and içmək daha baha başa gəlir. Qan isti olur və bunun mənası da yoxdur. Dəmək olar ki, hər oyundan sonra belə məqamlar olur. Davamlı təzyiq olduğu üçün psixoloji çuxura düşdüm və vəziyyətdən çıxa bilmədim. Sonra düşündüm ki, məni bura niyə gətiriblər? Düzdür, mənim hücumda fərdi keyfiyyətlərimə görə komandaya çağırıblar və mən bunu müvəffəqiyyətlə həyata keçirə bilərəm. Lakin mən öz keyfiyyətlərimi göstərə bilmədim, çünki baş məşqçi bunun əksini söyləyirdi. Çalışmaların birində baş məşqçi mənimlə çirkin davrandı, mən də cavabını verdim. Nəticədə rəhbərliklə görüşdüm və komandanı dəyişməyi qərara aldım.

- "Sabah"ın prezidenti Marko Deviçin transferi ilə bağlı sizinlə məsləhətləşdimi?

- Bəli, oldu. Gözləmirdim. Klub prezident bizimlə birlikdə təlim-məşq toplanışına getdi. Mənə tərəf gəldi və bu sualı verdi: "Vitali, nə düşünürsən, Marko Deviç bizim komandaya gələcəkmi? Onunla danışmaq istəyirik". Mən isə "Bu şəraitə görə gəlməyəcək, heç bir şans yoxdur" deyə cavablandırdım. Klub prezidenti çalışacağını söylədi və Markonu birtəhər razı saldı. Deviç gələndə təəccübləndim.

- Müsəlmanlar arasında necə yaşadınız? Qeyri-adi məqamlar oldu?

- Var idi. Çimərkən alt paltarı ilə yuyunmağı xahiş etdilər. Tamamilə çılpaq olmaq mümkün deyil. Kapitan hər şeyi izah etdi və mən heç bir problem olmadan razılaşdım. Komandadakıların bir çoxu 3-4 dəfə Qurani-Kərim oxuyurdu.

Mənbə: report.az