Şumaxerin bu fotoları satışda - Naməlum dəllal axtarılır

Şumaxerin bu fotoları satışda - Naməlum dəllal axtarılır

“Formula-1” yarışları üzrə yeddi qat dünya çempionu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer bildirib ki, tanımadığı şəxslər həyat yoldaşının yeni şəkillərini satışa çıxarıblar.

Məlumatı “Mirror” nəşri yayıb.

Nəşr yazır ki, fotolar M.Şumaxerin reabilitasiya keçdiyi Cenevredəki evində çəkilib. Fırıldaqçılar bu yolla hər fotoya görə bir milyon funt sterlinq (2 milyon 150 min manat) qazanmaq istəyirlər. M.Şumaxerin həyat yoldaşı isə polisə müraciət etmək məcburiyyətində qalıb.

Cari ilin yanvar ayında M.Şumaxeri müalicə edən neyrocərrahı Nikola Aççari xəstənin səhhətində olan dəyişikliklərdən danışmışdı. Həkim qeyd etmişdi ki, “Formula-1” pilotunun zahiri görünüşü xizək qəzasından öncə olduğundan kəskin fərqlənir.

Qeyd edək ki, M.Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən qəzaya uğrayaraq komaya düşüb.

Mənbə: www.oxu.az