““Qarabağ”a keçməyə tərəddüd etdim”

““Qarabağ”a keçməyə tərəddüd etdim”

Mərakeş əsilli futbolçu Yunis Abdelhamid Fransa mətbuatına açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, fransalı futbolçu “Qarabağ”dan təklif aldığını etiraf edib.

“Bəli, “Qarabağ”dan təklif almışdım. Ancaq ora getməyə tərəddüd etdim. Davamlı oynaya biləcəyim yerə getmək istəyirdim. Onun üçün də “Reyms”i seçdim – deyə, Abdelhamid bildirib.

Qeyd edək ki, o, bu mövsüm Fransa çempionatında 20 oyuna bir qol vurub.

 

Mənbə: qafqazinfo.az