Almaniya Bundesliqasının lideri "Barselona"nın yetirməsini transfer edib

Almaniya Bundesliqasının lideri "Barselona"nın yetirməsini transfer edib

İspaniyanın "Las-Palmas" klubunun qapıçısı Jozep Martines Almaniya "Leyptsiq"i ilə müqavilə bağlayıb.

"Report"un Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2024-cü ilədək nəzərdə tutulan sözləşmə qarşılığında qarşı tərəfə 2,5 milyon avro ödənilib. Martines cari mövsümün qalan hissəsini "Las-Palmas"da keçirəcək.

21 yaşlı qolkiper "Barselona"nın yetirməsi sayılır. O, "Las-Palmas"a 2017-ci ilin yayında azad agent qismində keçib. Bu mövsüm Sequndada 14 matça çıxan Martines 19 top buraxıb. Gənc qapıçı İspaniya Kubokunda isə 2 oyuna 2 dəfə məyus olub.

Qeyd edək ki, "Leyptsiq" hazırda 18 oyundan 40 xalla Bundesliqanın lideridir. Çempionlar Liqasında isə "öküzlər" 1/8 finalda İngiltərə "Tottenhem"inə rəqib olub.

Mənbə: report.az