Beynəlxalq Olimpiya Komitəsi: İqlim dəyişikliyi idmançılar üçün təhlükə yaradır

Beynəlxalq Olimpiya Komitəsi: İqlim dəyişikliyi idmançılar üçün təhlükə yaradır

Dayanıqlılıq “Olimpiya gündəliyi-2020” proqramının üç əsas prinsipindən biridir. Beynəlxalq Olimpiya Komitəsi (BOK) iqlim dəyişikliyi ilə bağlı üzərinə tam öhdəlik götürüb.

AZƏRTAC xəbər verir ki, bu, BOK-un rəsmi saytında yer alan məlumatda əks olunub.

BOK bəyan edib ki, iqlim dəyişikliyi ətraf mühitə və insan fəaliyyətinin bir çox sahələrinə təsir göstərir. Bu sahələrdən biri də idmandır. Olimpiya Oyunlarında iqlim dəyişikliyi səbəbindən idmançılar müəyyən çətinliklərlə qarşılaşırlar. Yayda havaların həddən artıq isti keçməsi, qışda isə soyuq olması atletlərin, təşkilatçıların və eləcə də azarkeşlərin sağlamlığı üçün təhlükə yaradır.

 

Mənbə: azertag.az