"Qarabağ" qələbə çaldı

"Qarabağ" qələbə çaldı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama matçını keçirib.

Pravda.az-ın xəbərinə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi "Jetisu" ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 5-ci dəqiqədə Mahir Emreli vurub.

Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2.Report

Mənbə: pravda.az