Avropa Olimpiya Komitələri WADA və РУСАДА-nın mübahisəsində iştirak edəcəklər

Avropa Olimpiya Komitələri WADA və РУСАДА-nın mübahisəsində iştirak edəcəklər

Avropa Olimpiya Komitələri (AOK) Dünya Antidopinq Agentliyi (WADA) və Rusiya Antidopinq Agentliyi (RUSADA) arasında mübahisədə iştirak etmək haqqında İdman Arbitraj Məhkəməsinə (CAS) bildiriş göndərib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, AOK-un bəyanatında belə deyilir.

Bəyanatda deyilir: “Avropa Olimpiya Komitələri WADA və РУСАДА-nın mübahisəsinə müdaxilə etmək haqqında İdman Arbitraj Məhkəməsinə ərizə verib. Məqsəd Avropa milli olimpiya komitələrinin və təmiz idmançıların maraqlarını müdafiə etməkdir. AOK Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə bu iş üzrə dəqiq və qəti hökm çıxarılmasını istəyir”.

WADA-nın İcraiyyə Komitəsi 2019-cu il dekabrın 9-da RUSADA-nın kodeksə müvafiqlik statusundan məhrum edilməsinə və 2012-ci ildən 2015-ci ilədək dövrdə idmançıların yoxlanılmasının nəticələri saxlanılan Moskva laboratoriyasının məlumat bazası ilə manipulyasiyalarla əlaqədar Rusiya idmanına sanksiyaların tətbiq olunmasına yekdilliklə səs verib. Rusiya dörd il müddətinə iri idman yarışları keçirmək və onlara iddia etmək hüququndan məhrum edilə, ölkə idmançıları dünya çempionatlarında, Olimpiya və Paraolimpiya oyunlarında milli bayraq altında çıxış etmək imkanını itirə bilərlər.

Daha əvvəl Rusiya Olimpiya Komitəsi (ROK), Rusiya Paraolimpiya Komitəsi (RPK), Beynəlxalq Olimpiya Komitəsi (BOK), habelə bir sıra milli idman federasiyaları üçüncü tərəf qismində prosesdə iştirak edəcəklərini elan ediblər. Onlar prosesə WADA-nın qərarının təsir göstərdiyi təşkilatlar kimi qoşulublar.

Mənbə: azertag.az