Riçard Almeydanın transfer olduğu "Baniyas"ın klubunun baş məşqçisi Vinfrid Şefer klubun saytına açıqlama verib.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis braziliyalı oyunçunun faydalı olacağını söyləyib.
"Almeydanın böyük təcrübəsi var. O, bizə çox faydalı olacaq. Almeyda Azərbaycan yığmasının aparıcı oyunçusu, meydanda əsl liderdir" - deyə, Şefer bildirib.
Mənbə: metbuat.az