“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib

“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib

Ağdamın “Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusu Ovusu Kvabenanı transfer edib.

AZƏRTAC xəbər verir ki, 22 yaşlı qanalı hücumçunun Ağdam klubu ilə imzaladığı müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, O.Kvabena cari mövsümün ilk hissəsini icarə əsasında Sequnda təmsilçisi “Kordoba”da keçirib. Futbolçu, həmçinin Qana millisinin heyətində də 3 oyun keçirib.

AZERTAG.AZ :“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib

Mənbə: azertag.az