Formula 1 meşə yanğınlarından zərər çəkənlərə kömək məqsədilə xeyriyyə hərracı keçirir

Formula 1 meşə yanğınlarından zərər çəkənlərə kömək məqsədilə xeyriyyə hərracı keçirir

Formula 1 şirkəti Avstraliyanın meşə yanğınlarından daha çox əziyyət çəkən rayonlarına kömək məqsədilə xeyriyyə hərracı keçirir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, azarkeşlər xüsusi yaradılmış saytda pilotlar və komandalar tərəfindən keçirilən lotereyada iştirak edirlər. Hərracda oynanılan uduşlar arasında Kevin Maqnussenin Avstraliya Qran-Prisində çıxış edəcəyi dəbilqəsi, Daniel Rikkardonun idman əlcəkləri və ayaqqabıları, Aleks Elbon, Maks Ferstappen, Daniil Kvyat və Roman Qrojanın keçənilki idman geyimləri də olacaq.

Lotereyaya, eyni zamanda, pilot və komanda rəhbərləri ilə görüşlər, gəzintilər, Ross Braunla nahar və sair daxildir. Toplanan bütün vəsait xeyriyyə fondlarına göndəriləcək.

 

Mənbə: azertag.az