“Mançester Yunaytedə görə utanıram” - Ferdinand

“Mançester Yunaytedə görə utanıram” - Ferdinand

Rio Ferdinand sabiq kapitanı olduğu "Mançester Yunayted"in hazırkı durumuna münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "qırmızı şeytanlar"ın Premyer Liqanın 24-cü turunda "Bernli"yə 2:0 hesablı məğlubiyyətindən sonra komandasının oyununa görə utandığını deyib:

"Bu komandaya 700 milyon avrodan çox pul ödənilib. Nə üçün? Meydançada bu pulu görmürəm. Düzünü desəm, utanıram. Sadəcə komandanın çıxışına görə yox, gələcəkdə onları nə gözlədiyinə görə də utanıram. Bu oyunun nəticəsini bir kənara qoyun. Mən transferlərdən və komandanın qurulmasından bəhs edirəm. Bu komanda üçün son 7 ildə çox pul xərclənib. Bunu gizlədə bilməzsiniz".

Qeyd edək ki, R.Ferdinand 2002-2014-cü illərdə İngiltərə təmsilçisinin formasını geyinib.

Əlavə edək ki, "MY" hazırda Premyer Liqanın turnir cədvəlində 34 xalla 5-ci yeri tutur.

 

Mənbə: news.milli.az