"Barselona"nın yetirməsi Bundes Liqada

"Barselona"nın yetirməsi Bundes Liqada

"Leypsiq" heyətini yeni futbolçuyla gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bundes Liqa təmsilçisi "Las Palmas"dan Xosep Martinesi transfer edib.

Bu barədə "Leypsiq"in rəsmi saytı məlumat yayıb. 21 yaşlı qapıçı ilə müddəti 2024-cü ilə qədər olan müqavilə imzalanıb.

"Barselona"nın yetirməsi olan Martines 2017-ci ildə "Las Palmas"a keçib. Qapıçı bu mövsüm İspaniya Sequndasında 14 oyunda 19 qol buraxmışdı.

 

Milli.Az

Mənbə: news.milli.az