"Sumqayıt" İran komandası ilə bərabərə qaldı

"Sumqayıt" İran komandası ilə bərabərə qaldı

I Divizionun 2-ci dövrəsi üçün hazırlığınıdavam etdirən "Sumqayıt”ın əvəzediciləri növbəti yoxlama oyununu keçirib.

Fanat.Az xəbərverir ki, Zaur Hidayətovun yetirmələri "Sumqayıt Arena”nın ehtiyat meydançasındaİranın aşağı liqa təmsilçisi "Rekord” komandası ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb."Sumqayıt-2”-nin qolunu Nurlan Quliyev rəqib qapısından keçirib.

Yoxlama oyunundan sonra "Sumqayıt”ın başməşqçisi Zaur Hidayətov oyun və komandanın təlim-məşq toplanışı barədəfikirlərini bildirib: "Yoxlama görüşü olsa da, oyun qarşılıqlımübarizə şəraitində keçdi. Komandanın göstərdiyi oyundan razı qaldım. Hərhissədə fərqli heyətlə oynadıq ki, bütün oyunçuların meydanda nəyə qadirolduqlarını görə bilək.

Ayın 8-dən təlim-məşq toplanışınabaşlamışıq. Klub tərəfindən toplanış üçün şərait yaradılıb. Bildiyiniz kimi,artıq ikinci yoxlama oyunumuzu keçirdik. 2 günlük istirahətdən sonra yenidənməşqləri bərpa edəcəyik. Ayın 30-da isə "Qarabağ”ın əvəzediciləri ilə oyunuplanlaşdırırıq”.

Fanat.Az

Mənbə: fanat.az