“Mançester Yunayted” “Tranamir Rovers”ə altı cavabsız qol vurub

“Mançester Yunayted” “Tranamir Rovers”ə altı cavabsız qol vurub

İngiltərə kubokunun 1/6 final matçında “Mançester Yunayted” futbol klubu “Tranamir Rovers” klubu ilə görüşüb.

“Report” xəbər verir ki, görüş “Mançester Yunayted”ın 6 cavabsız qolu ilə yekunlaşıb.

“Prenton Park” stadionunda keçirilən qarşılaşmada ilk hesabı “Mançester Yunayted”ın futbolçusu Harri Maquyar açıb. O, 10-cu dəqiqədə topu rəqibin qapısından keçirib.

Bir neçə dəqiqədən sonra Diogo Dalot, 16-cı dəqiqədə isə Cessi Linqrad komandalarının üstünlüyünü artırıblar.

Qarşılaşmanın 41-ci dəqiqəsində Fil Cons 4-cü qolu vurub.

“Mançester Yunayted”in 5-ci və 6-ci qolunun müəllifi Antoni Marsyal və Meyson Qrinvud olub.

Mənbə: report.az