İdmançımız finalda qalib gələrək çempion oldu

İdmançımız finalda qalib gələrək çempion oldu

Fransanın paytaxtında "Paris Open" beynəlxalq karate turniri davam edir.

BAKU.WS xəbər verir ki, turnirdə finala yüksələn İrina Zaretska (-68 kq) misirli Feryal Abdelazezə qalib gəlib.

Azərbaycanlı karateçi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

İrina Zaretska

1. İ.Zaretska - Endrin Hilton (Norveç) 2:0

2. İ.Zaretska - Andriana Vasoviç (Serbiya) 8:0

3. İ.Zaretska - Qonq Li (Çin) 3:0

Yarım final

İ.Zaretska - Kayo Someya (Yaponiya) 5:0

Final

İ.Zaretska - Feryal Abdelazez (Misir) 3:0

Qeyd edək ki, olimpiadaya lisenziya verən reytinq xalları qazandıran turnirdə 92 ölkədən 703 karateçi iştirak edib.

BAKU.WS

Mənbə: baku.ws