İtaliya A Seriyası: Çempionluğa iki iddialı klub üz-üzə gəlib

İtaliya A Seriyası: Çempionluğa iki iddialı klub üz-üzə gəlib

Bakı, 26 yanvar, Nicat Məmmədov

Yanvarın 26-da İtaliya A Seriyasının 21-ci turun maraq doğuran oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğa iki iddialı klub “Roma” komandası “Latsio” klubunu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesabı 26-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Edin Dzeko açıb. Qoldan səkkiz dəqiqə sonra “Latsio” tarazlığı bərpa edib. Francesko Acerbi adını tabloya yazdırıb. Rim derbisində qalan dəqiqələrdə qol olmayıb.

İyirmi bir turdan sonra “Latsio” 46 xalla üçüncü, “Roma” isə 39 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, tura saat 23:45-də baş tutacaq “Napoli” - “Yuventus” oyunu ilə yekun vurulacaq.

Mənbə: azertag.az