Sergen Yalçın "Beşiktaş" klubunun baş məşqçisi təyin olunub

Sergen Yalçın "Beşiktaş" klubunun baş məşqçisi təyin olunub

Abdullah Avcı ilə yollarını ayıran Türkiyənin "Beşiktaş" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report"un "NTVspor"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisini bundan sonra Sergen Yalçın çalışdıracaq.

47 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Cari mövsüm superliqanın digər təmsilçisi "Yeni Malatyaspor" klubunu çalışdıran S.Yalçın bu il, yanvarın 15-də vəzifəsindən istefa verib.

Qeyd edək ki, Sergün Yalçın futbolçu karyerası ərzində 1991-1997 və 2002-2006-cı illərdə "Beşiktaş"ın şərəfini qoruyub.

Mənbə: report.az