“Trabzonspor”un hücumçusu Premyer Liqaya qayıdır?

“Trabzonspor”un hücumçusu Premyer Liqaya qayıdır?

Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Den Starric karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Aston Villa" qış fasiləsində hücum xəttini təcrübəli forvardla gücləndirmək niyyətindədir.

Birminhemlilər Trabzon təmsilçisinin tələb etdiyi 4,2 milyon funt sterlinqi ödəməyə razılıq verib. D.Starric zədə səbəbindən uzun müddətə sıradan çıxan Uesli Moraesi əvəz etməlidir.

Qeyd edək ki, 30 yaşlı forvard ötən yay "Liverpul"dan "Trabzonspor"a keçib. O, cari mövsümün 13 oyununda 7 qol vurub.

 

Mənbə: news.milli.az