"Mançester Yunayted" azarkeşləri klubun vitse-prezidentinin evinə hücum ediblər

"Mançester Yunayted" azarkeşləri klubun vitse-prezidentinin evinə hücum ediblər

İngiltərənin "Mançester Yunayted" futbol klubunun azarkeşləri komandanın vitse-prezidenti Ed Vudvordun evinə hücumu etdilər.

“Report” xəbər verir ki, bu barədə BBC bildirib.

Məlumata görə, təxminən 20 nəfər Vudvordun Çeşir qraflığında yerləşən evinə gəliblər. Azarkeşlər cari mövsümdə komandanın problemlərinin əsas səbəbkarı hesab etdikləri rəsminin özü ilə danışmaq istəyirdilər. Lakin həmin vaxt Vudvord evdə olmayıb, buna görə azarkeşlər fişəng yandıraraq və onu həyətə atdılar.

Klub hadisəyə reaksiya verərək baş verənləri pisləyib.

Mənbə: report.az