İradə Aşumova: Nigar Bağırovanın Tokio Olimpiadasına lisenziya qazanmaq şansı var

Güllə atıcılarımız fevralın 25-26-da Polşanın Vrotslav şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Komandamızın üzvü Nigar Bağırovanın qitə çempionatında Tokio Olimpiadasına lisenziya qazanmaq şansı var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova deyib.

İ.Aşumova qeyd edib ki, pnevmatik tüfəngdən və tapançadan 10 metr məsafəyə atəş açma üzrə yarışlarda N.Bağırova ilə yanaşı, Ruslan Lunyov da gücünü sınayacaq.

Qeyd edək ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqəni Avropa çempionatında əldə edib. İdmançımız İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında uğurla çıxış edərək 587 xalla birinci yerə layiq görülüb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda keçmiş məhkum qadını bıçaqla hədələyib

SONRAKI XƏBƏR

Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır