İlk hədəf – Nazim Süleymanov

İlk hədəf – Nazim Süleymanov

AFFA rəhbərliyi Konfrans keçirdikdən sonra daxildə prosesləri nizamlamışoldu. Artıq dəyişikliklə bağlı hər hansı qorxu yoxdu. İndi daşları yerinəoturtmaq, planları nizamlamaq və sabah üçün addımlar atmaq zamanıdı.

Həyat mübarizədi, yaşamaq istəyirsənsə, bir an rahatlaşmaq olmaz. Düzgünişləmirsənsə, yaşamırsansa, hər an təhlükədəsən, xoşbəxt günlərin bir andacabitə bilər.

AFFA rəhbərliyi də ehtiyatı əldən vermir. O qədər bərbad işləyirlər ki,ölkə futbolu faciəvi durumdadı və onları hər an dəyişmək, qovmaq, əvəzləməkehtimalı gözləyir. Hələlik alternativ qüvvə yoxdu – hamısı zamanında ya məhvedilib, ya da min üsulla susdurulub. Amma bir gün – indikilərinbacarıqsızlığını "yuxarılar” da qəbul edəndə həmin alternativ qüvvə "zühuredəcək”. İndiki halda isə AFFA başbilənləri rahat kreslolarını kiməsəverməyəcək. Buyursunlar, iddia edənlər daha yaxşı, daha bacarıqlı, dahahiyləgər olduqlarını sübut etsinlər.

Vaxtilə belə iddiaya düşən çox adamın izi-tozu itirilib. AFFA rəhbərliyiçox qisasçıdı, fürsəti əldən vermir, heç kimi bağışlamırlar. Həmin namizədlərinözləri də səhvə yol verdi və bunu onlara keçmədilər. Proses hər zaman aktualdı.

Son Konfransda birinci vitse-prezident Rauf Əliyevin vəzifəsi azaldıldı vəo, tamamilə sıradan çıxarıldı. "Yuxarılar”da böyük hörmətə sahib olan İsgəndərCavadov haqda "işləməyi bacarmayan şəxs” imici çoxdan formalaşdırılıb, oqala-qala Vaqif Sadıqov kimi uğursuz, amma yarınmağı bacaran birininvitse-prezident təyin olunmasıyla "11 nömrə”nin da axırına çıxıldı. Artıqdaxildə qorxulu qüvvə qalmayıb, kənarda isə yalnız Nazim Süleymanov qanqaraldır.

Azad Həmkarlar İttifaqı yaradaraq veteranları ətrafına toplayan Nazim bəyhələlik bir sıra səhvlər edir. Təşkilatçılıq bacarığı yaxşı deyil, güclü qüvvəkimi görünmür. Amma ölkə başçısına müraciətləri sıradan olay deyildi, gərginlikyaratdı. Həmin müraciətdə real problemlər qabardılmışdı.

İndi həmin məktuba cavab verilməlidi. Verilənə kimi isə AFFA boşdayanmayacaq. Bizdə olan bilgiyə görə, tezliklə mətbuatda Süleymanovla bağlıimic korlayan xəbərlər, yazılar yayılacaq və ya müəyyən yanlış informasiyalarraport halında lazım olan yerlərə təqdim ediləcək. Bununla da Nazim bəyinsağlam qüvvə olmaması haqda fikir formalaşdırılacaq. Qisas almaq, gözdən salmaqüçün ləkələmə kampaniyası uzaqda deyil.

Daha sonra növbə həqiqətləri yazan, AFFA rəhbərliyinə boyun əyməyənjurnalistlərə də çatacaq. Baş katib Elxan Məmmədov son mətbuat konfransındazatən bunun siqnalını verdi. Yeni icraçı vitse-prezident onları tənqid edənlərəqarşı siyasətlərinin dəyişməyəcəyini dilə gətirdi – ya susmalı, ya da kənardaqalmalısan. Susmayanları başqa üsullarla susdurmağa cəhd edəcəklər. "Bizimlə deyilsənsə,düşmənsən”.

Mənbə: www.fanat.az