Hakan Çalhanoğlu: "İbrahimoviç İbrahim Tatlısəsin mahnılarını dinləyir"

Hakan Çalhanoğlu: "İbrahimoviç İbrahim Tatlısəsin mahnılarını dinləyir"

"Onunla çox yaxşı yola gedirik. Türkləriçox sevdiyini demişdim. Həm meydançada, həm də kənarda bir-birimizi çox yaxşıbaşa düşürük".

Fanat.Azxəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Hakan Çalhanoğlukomanda yoldaşı Zlatan İbrahimoviçlə aralarındakı münasibət haqda danışarkən"TRT Spor"a deyib. 25 yaşlı oyunçu isveçli ulduzun türk mahnılarınıdinlədiyini vurğulayıb:

"Təcrübəlifutbolçudur. O, gələndən bəri yenilməmişik. Komandaya çox fayda verir. Allah qoysa, uğurlu seriyanı davam etdirərik. Zlatanla hərdən qəhvə içirik. Arada türkcə sözlər işlədir, türkmusiqiləri dinləyir. İbrahim Tatlısəsin mahnılarını böyük həvəslə dinləyir".

 

 

Fanat.Az

Mənbə: www.fanat.az