Bakı, 29 yanvar, AZƏRTAC
Fevralın 15-16-da İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı turnirdə 25 cüdoçu təmsil edəcək.
Yarışda 22 ölkədən 400-ə yaxın cüdoçu iştirakını təsdiqləyib.
Mənbə: azertag.az