İbrahimoviç: “Mən heç zaman “Milan”dan getməmişdim” - FOTO

İbrahimoviç: “Mən heç zaman “Milan”dan getməmişdim” - FOTO

38 yaşlı isveçli hücumçu Zlatan İbrahimoviç İtaliya Kubokunun 1/4 final mərhələsində baş tutan “Milan”-“Torino” (4:2) oyununda qol vuraraq komandasının növbəti mərhələyə yüksəlməsində pay sahibi olub.

Futbolçu oyundan sonra “Instagram” hesabında qarşılaşma zamanı çəkilən fotosunu paylaşaraq “Mən heç zaman “Milan”dan getməmişdim” şərhini yazıb.

Qeyd edək ki, İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib.

 

Mənbə: www.oxu.az