“Mançester Siti” ulduz futbolçularını sata bilər

“Mançester Siti” ulduz futbolçularını sata bilər

UEFA tərəfindən 2 il müddətinə avrokuboklardan uşaqlaşdırılan “Mançester Siti” mövsümün sonunda aparıcı futbolçuları ilə vidalaşa bilər.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi yayda heyətində köklü islahatlar aparmağa hazırlaşır.

Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) “şəhərlilər”in apellyasiya müraciətini qəbul etməsə, futbolçulara başqa klublarla anlaşmaq icazəsi veriləcək. Belə olarsa, Serxio Aquero, Kevin De Bruyne, Bernardo Silva və Rahim Sterlinq kimi ulduz futbolçular onlarla maraqlanan klublarla danışıqlara başlaya biləcəklər. Razılıq əldə olunarsa, ingilislər onları satacaqlar.

Qeyd edək ki, yarımmüdafiəçi Leroy Sane artıq “Bavariya” ilə danışıqlara start verib.

Mənbə: apa.az