Şpaqaçılarımızdan uğursuz çıxış

Şpaqaçılarımızdan uğursuz çıxış

Şpaqa üzrə milli komandamızın üzvləri İsveçrənin Bazel şəhərində keçirilən gənclər arasında Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

Sport7.az xəbər verir ki, kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Ruslan Həsənov pley-offun ilk görüşündə Belçika təmsilçisi Robin Daouta 15:6 hesabı ilə qalib gəlsə də, 1/32 finalda fransalı Alban Dianeyə 12:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 5 qələbə qazanan Barat Quliyev də 1/32 finala yüksəlməyi bacarıb. 1/64 finalda Böyük Britaniya şpaqaçısı Ezan Kyuya 15:14 hesabı ilə qalib gələn Quliyev, növbəti mərhələdə İtaliya idmançısı Masarin Rikkardoya 7:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 2 qələbəsi olan Xalid Əliyev və bu mərhələdə 1 görüşdə qalib gələn Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb.

Gənc şpaqaçılarımız komanda yarışında turnirin finalına kimi irəlilyən isveçrəli şpaqaçılara 40:45 hesabı ilə məğlub olub.

 

Mənbə: sport7.az