Sezar Meza Kolli Azərbaycan millisindən təklif gözlədiyini açıqlayıb

Sezar Meza Kolli Azərbaycan millisindən təklif gözlədiyini açıqlayıb

“Uzun müddətdir ki, Azərbaycanda oynayıram və burada çox xoşbəxtəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli deyib.

Azərbaycan vətəndaşlığı alması və milli komandamıza çağırılması gündəmdə olan paraqvaylı futbolçu buna hazır olduğunu söyləyib: “Bura mənim ikinci vətənimdir. Artıq 5 ildən çoxdur ki, burada oynayıram. Yığmadan dəvət gəlsə, bunu sevə-sevə qəbul edərəm. Bu baş versə, komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, 2013-cü ildən ölkəmizdə çıxış etməsi nəzərə alınaraq, Sezar Meza Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.

Mənbə: apa.az