"Mançester Siti" üçüncü diviziona düşsə belə, klubda qalacam" - Quardiola

"Mançester Siti" üçüncü diviziona düşsə belə, klubda qalacam" - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından asılı olmayaraq klubda qalacaq.

"Sky Sports"un xəbərinə görə, katalon mütəxəssis oyunçularla söhbəti zamanı deyib:

"Hansı liqada oynamağımızdan asılı olmayaraq, mən burada olacam. Hətta bizi Liqa 2-yə (İngiltərə liqa strukturunda üçüncü divizion hesab olunur, daha üst liqalar Liqa 1 və Çempionşipdi, Premyer Liqa burada nəzərə alınmır - Sport7.az) göndərsələr belə, mən klubda qalacam. İndi birlik zamanıdı".

"Şəhərlilər"in icraçı direktoru Ferran Soriano isə apellyasiya şikayətlərinin təmin olunacağına dair əminliyini ifadə edib: "Sizə güvəndiyim kimi, siz də mənə güvənin. Biz bu problemin də öhdəsindən gələcəyik".

Qeyd edək ki, UEFA maliyyə feyr-pleyi (FFP) qaydalarının pozulduğunu əsas gətirərək "Mançester Siti"ni iki mövsüm müddətinə avrokuboklardan uzaqlaşdırıb.

Spot7.az

Mənbə: sport7.az