"Qalatasaray" derbiyə itki ilə çıxacaq

"Qalatasaray" derbiyə itki ilə çıxacaq

"Qalatasaray"ın futbolçusu Mario Lemina sıradan çıxıb.

Qol.az "Hüriyyət"ə istinadən xəbər verir ki, Superliqanın 22-ci turunda "Malatyaspor"la matçda (1:0) zədələnən yarımmüdafiəçi 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 26 yaşlı fransalı futbolçu buna səbəbdən 23-cü turda səfərdə "Fənərbaxça" ilə oyunu buraxmalı olacaq.

Bundan əlavə oyunçunun "Gənclərbirliyi" və "Sivasspor"la matlarda da iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" görüşü 23 fevral 21:00-da başlayacaq.

Mənbə: qol.az