Türkiyə - Azərbaycan oyununun vaxtı açıqlandı

Türkiyə - Azərbaycan oyununun vaxtı açıqlandı

Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşılıq görüşünün vaxtı məlum olub.

Sabah.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç may ayının 26-da oynanılacaq. Qarşılaşma Antalyada keçiriləcək.

Qeyd edək ki, yığmamız bundan başqa, martın 26-da Lixtenşteyn millisi ilə də yoldaşlıq oyunu keçirəcək.

Mənbə: sabah.az