İlin ilk reytinqi - Millimiz neçəncidir?

İlin ilk reytinqi - Millimiz neçəncidir?

FİFA milli komandaların 2020-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Qol.az xəbər verir ki, hesabat dövründə oyun keçirməyən Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Qeyd edək ki, siyahıya 1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.

Mənbə: qol.az