"Sevilya"dan koronavirusun ən çox yayıldığı şəhərin komandasına keçdi

"Sevilya"dan koronavirusun ən çox yayıldığı şəhərin komandasına keçdi

İspaniya "Sevilya"sının futbolçusu Daniel Karrisu Çinin "Uhan Çjoer" klubuna keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi artıq yeni komandası ilə müqavilə imzalayıb. Sözləşmənin detalları barədə məlumat verilmir.

31 yaşlı oyunçunun koronovirusun üzə çıxdığı və ən çox yayıldığı Uhan şəhərinin təmsilçisinə transferi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Daniel Karrisu 2013-cü ildən "Sevilya"da çıxış edirdi.

Mənbə: report.az