“Qəbələ” toqolu yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb

“Qəbələ” toqolu yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb

“Qəbələ” Yaovi Akakpo ilə müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik anlaşma əldə olunub.

Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər Azərbaycan klubunun formasını geyinəcək. 21 yaşlı afrikalı buna qədər vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.

Mənbə: apa.az