Özil Londonda qaldı - Ata olacaq

Özil Londonda qaldı - Ata olacaq

"Arsenal"ın futbolçusu Məsut Özil Avropa Liqasının 1/16 finalında bu gün keçiriləcək "Olimpiakos"la səfər oyununu buraxacaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi baş məşqçi Mikel Artetanın icazəsi ilə Londonda qalıb. O, yaxın günlərdə uşaq dünyaya gətirəcək həyat yoldaşı Emina Gülşenin yanında olmaq üçün bu addımı atıb.

Özilin "Everton"a qarşı fevralın 23-cü İngiltərə Premyer Liqasında keçiriləcək matça kimi komandaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, M.Özil bu mövsüm 20 matçda 1 qol vurub.

Mənbə: qol.az