"Qarabağ" "Zirə"ni topla "döydü"

"Qarabağ" "Zirə"ni topla "döydü"

Birinci Divizionun 16-cı turu çərçivəsində iki qarşılaşma keçirilib.

Sport7.az xəbər verir ki, "Bank Respublika Arena"nın ehtiyat meydsançasında "Sabah"la "Səbail"in əvəzediciləri üz-üzə gəlib. Bu görüşdə qonaqlar minimalhesablı qələbəyə sevinib.

"Zirə"nin əvəzediciləri isə "Qarabağ-2"nin qonağı olub. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan və 3 qırmızı vərəqənin qeydə alındığı görüşdə ağdamlılar rəqibini "top atəşi"nə tutub. Komanda "Zirə"nin əvəzedicilərinin qapısından 5 cavasız top keçirib.

"Ağsu" çempionatdan uzaqlaşdırıldığı üçün "Qaradağ Lökbatan"la oyunda texniki məğlubiyyət verilib.

Birinci Divizion, 16-cı tur

"Sabah-2" - "Səbail-2" 0:1

(Bahadur Həziyev, 10)

"Qarabağ-2" - "Zirə-2" 5:0

(Daniel Romero, 34, 51; Elvin Talıbov, 43; Əli Nəcəfli, 76; Kamran Məmmədov, 88)

"Ağsu" - "Qaradağ Lökbatan" 0:3 (texniki məğlubiyyət)

Sport7.az

Mənbə: sport7.az