Alleqri İtaliyada işləmək istəmir

Alleqri İtaliyada işləmək istəmir

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri İtaliya xaricində işləmək istəyir.

Bu barədə 52 yaşlı mütəxəssisin meneceri Covanni Brançini məlumat verib:

"Alleqrinin "Yuventus"a qayıdışına dair çıxan xəbərlərin heç bir əsası yoxdu. Məncə, Alleqri ölkə xaricində işləmək istəyir. Onun istəyi bu yöndədi. Amma indilik ingilis, ispan və fransız klubları ilə aramızda danışıqlar olmayıb.

Təklifləri dəyərləndirmək üçün münasib zaman gözləyirik. Bəzi klublar baş məşqçiləri ilə bağlı yekun qərarlarını hələ də verməyiblər".

 

Sport7.az

Mənbə: sport7.az