Anar Salmanovla Babək Quliyev bağışlandı

Anar Salmanovla Babək Quliyev bağışlandı

Fritz Stuxlik inadından əl çəkərək, Anar SalmanovlaBabək Quliyevi bağışlayıb.

Sport7.az xəbər verir ki, qış fasiləsindən sonragötürülən test imtahanları zamanı avstriyalı sədr hər iki şəxsi "kəsmişdi”. Məhzbu səbəbdən də III dövrənin oyunlarında Quliyevlə Salmanov hakim-inspektor kimitəyinat almırdı.

Artıq "buzlar” əriyib. Etibarlı mənbədən aldığımızməlumatda bildirilir ki, sabiq FİFA referilərinin bağışlanmasında AFFA-nınicraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun da müdaxiləsi olub. Məmmədovşəxsən Stuxliklə görüşüb və hər iki şəxsin onların komandası üçün vacibolduğunu diqqətə çatdırıb. Yalnız bundan sonra Quliyevlə Salmanova təyinatverilməsi, bununla da hər iki "canlı bomba”nın zərərsizləşdirilməsi qərarlaşdırılıb.

Elxan Məmmədov avstriyalı sədrə başa salıb ki,indiki vəziyyətdə Anar Salmanovla Babək Quliyevin düşmənə çevrilməsi onlaralazım deyil.

Anar Salmanov "Qarabağ” – "Sumqayıt”qarşılaşmasında, Babək Quliyev isə "Sabah” – "Səbail” oyununda hakim-inspektorkimi iş başında olacaq.

Sport7.az

Mənbə: sport7.az