Neymar ən yaxşıları seçdi: Siyahıda Ronaldu yoxdu

Neymar ən yaxşıları seçdi: Siyahıda Ronaldu yoxdu

PSJ-nin braziliyalı futbolçusu Neymar müasir dövrün ən güclü beş futbolçusunun adını açıqlayıb.

Bu barədə AS nəşri məlumat yayıb.

“Ən yaxşılar Messi, Luis Suarez, Eden Azar, Mbappe və Poqbadır. Bir çox futbolçu ilə bir komandada oynamaq istərdim. Məsələn, Romario, Ronaldo (braziliyalı), Zidan və İbrahimoviç”, - deyə Neymar bildirib.

Braziliyalı futbolçunun “Yuventus”un hücumçusu Kriştianu Ronaldunun adını çəkməməsi diqqət çəkib.

Mənbə: www.oxu.az