"Hoffenhaym"ın futbolçusu Azərbaycan millisinə çağırıldı

"Hoffenhaym"ın futbolçusu Azərbaycan millisinə çağırıldı

Fevralın 22-də Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı başlayacaq.

"Report"un məlumatına görə, millinin baş məşqçisi Samir Əliyev 7 gün davam edəcək hazırlıq prosesinə 23 futbolçu çağırıb.

Siyahıda Almaniyanın "Hoffenhaym" klubnun futbolçusu Kaan Özkaya da var.

Mənbə: report.az