İspaniyanın "Real" klubu futbolçusu Serxio Ramosla yeni müqavilə imzalamaq niyyətindədir.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "kral klubu" kapitanı ilə müqavilənin müddətini artırmaq üçün danışıqlara başlayıb. "Real" futbolçuya 2022-ci ilədək nəzərdə tutulan müqavilə təklif edib. Ancaq ispan futbolçunun müqavilənin 2023-cü ilədək uzadılmasını tələb edir. "Real" futbolçunun yaşı səbəbi ilə bu tələbə hələ ki, müsbət yanaşmır.
2005-ci ildən "Real"ın şərəfini qoruyan 33 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Milli.Az
Mənbə: news.milli.az