"Barselona" yeni hücumçusunu təqdim etdi (FOTOLAR)

"Barselona" yeni hücumçusunu təqdim etdi (FOTOLAR)

Martin Breytueyt karyerasını "Barselona"da davam etdirəcək.

"Barselona" yeni transferini ictimaiyyətə təqdim edib. Breytueytlə 4 illik müqavilə imzalanıb. O, katalon klubunda 19 nömrəli formanı geyinəcək.

"Barselona" sərbəstqalma məbləğini - 18 milyon avro - ödəyərək danimarkalı hücumçunu heyətinə qatıb.

Cari mövsümdə La Liqada 24 matçda meydana çıxan Breytueytin aktivində 6 qol var.

Sport7.az

Mənbə: sport7.az