Tiaqo Silva "Milan"a qayıda bilər

Tiaqo Silva "Milan"a qayıda bilər

PSJ-nin müdafiəçisi Tiaqo Silva "Milan"a qayıda bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən braziliyalı futbolçunun meneceri Paulo Toneitto müştərisinin mövsümün sonunda İtaliyaya qayıda biləcəyini istisna etməyib:

"İndiyə qədər PSJ ilə yeni müqavilə haqda danışmamşıq. Tiaqo karyerasını Parisdə davam etdirmək istəyir, ancaq digər variantları da nəzərdən keçirəcək. "Milan" isə onun üçün hər zaman xüsusi yer olub. PSJ ilə yeni müqavilə imzalamazsaq, hər şey ola bilər".

2012-ci ildən PSJ-nin şərəfini qoruyan Silvanın müqaviləsi yaya qədərdir. 35 yaşlı futbolçu cari mövsümdə 26 oyunda iştirak edib.

Milli.Az

Mənbə: news.milli.az