Bakının ən güclüləri - VİDEO

Bakının ən güclüləri - VİDEO

Sindo-Ryu və Pençak-Silat üzrə Bakı şəhər kuboku keçirilir. Hövsan Olimpiya İdman Kompleksində reallaşan yarış 26 fevral Xocalı soyqırımına həsr olunub. Turnirdə paytaxtı təmsil edən 150-ə yaxın idmançı qüvvəsini sınayır.

İdmançılar uşaq, yeniyetmə və gənclər arasında bütün çəki dərəcələrində qalibləri müəyyənləşdirirlər.

Qeyd edək ki, Bakı Şəhər Kuboku ardıcıl 4-cü ildir təşkil olunur.

 

Mənbə: www.realtv.az