"Neftçi" səfərdə, "Keşlə" evdə sevindi

"Neftçi" səfərdə, "Keşlə" evdə sevindi

Azərbaycan Premyer Liqasında növbəti turun iki oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Qəbələ" öz meydanında "Neftçi"yə 2-0 məğlub olub. Günün digər matçında isə "Keşlə" "Zirə" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.

Mənbə: axar.az