Şahmatçılarımız Moskvada “Aeroflot open” beynəlxalq festivalında liderlər qrupunda mübarizə aparırlar

Şahmatçılarımız Moskvada “Aeroflot open” beynəlxalq festivalında liderlər qrupunda mübarizə aparırlar

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının dördüncü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, dörd turda 3,5 xal toplayan şahmatçılarımız Rauf Məmmədov (A turniri) və Məhəmməd Muradlı (B turniri) liderlər qrupunda mübarizə aparırlar.

Ümumi nəticəyə görə A turnirində digər idmançılarımız Aydın Süleymanlı 2,5 xal, Vasif Durarbəyli və Vüqar Əsədli hərəyə 2 xal, Abdulla Qədimbəyli 1 xal qazanıblar. B turnirində isə Elvin Bayramov 2 xal, Read Səmədov 1 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Mənbə: azertag.az