Tayson Fyuri Deontey Uaylderə nokautla qalib gəldi - VİDEO

Tayson Fyuri Deontey Uaylderə nokautla qalib gəldi - VİDEO

WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə dünya çempionluğu uğrunda döyüş keçirilib.

"Report"un məlumatına görə, britaniyalı peşəkar boksçu Tayson Fyuri ABŞ təmsilçisi Deontey Uaylderlə üz-üzə gəlib. Las-Veqasda təşkil olunmuş qarşılaşmada Fyuri 7-ci raundda texniki nokautla qələbə qazanıb.

Qeyd edək ki, bu, Deontey Uaylderin peşəkar rinqdə ilk məğlubiyyəti olub. Onun aktivində 42 qələbə var. Tayson Fyuri isə 30 döyüşdür məğlub olmur.

 

Mənbə: report.az