Messidən inanılmaz rekord - 1000+ qol

Messidən inanılmaz rekord - 1000+ qol

Ötən gün İspaniya La Liqası çərçivəsində baş tutan “Barselona” – “Eybar” qarşılaşması katalonların kapitanı Lionel Messi üçün əlamətdar olub.

KONKRET.az xəbər verir ki, 5-0 hesabı ilə başa çatan qarşılaşmada aktivinə daha 4 qol yazan Messi bu gün etibarilə 1000+ qolun vurulmasında iştirak edən tək futbolçu adına sahib olub.

Belə ki, Lionel Messi karyerası ərzində çıxdığı 853 oyunda rəqib qapılarından 696 qol keçirib, 306 məhsuldar ötürmə edib. İndi həmçinin onu 700-cü qoldan cəmi 4 qol ayırır.

“Eybar”la oyunda 4 qol vuran argentinalı hücumçu La Liqada 36-cı het-trikini edərək liderliyini davam etdirir (ikinci pillədə 34 het-triklə K. Ronaldodur).

İspaniya çempionatında 5-ci pokerini edən Leo bu sırada yalnız Zarradan (8 poker) geri qalır.

“Barselona” tarixinin ən çox qol (626) vuran oyunçusu olan Messi bir klub tarixində ən çox qol vuran futbolçu adına sahib olmağa da yaxınlaşıb. Belə ki, onu braziliyalı Pelenin “Santos”la əldə etdiyi rekordu (643 qol) qırmağa cəmi 18 qolu qalıb.

Mənbə: konkret.az