"Real Madrid"də Hazard şoku

"Real Madrid"də Hazard şoku

"Real Madrid" ciddi itkiylə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Eden Hazard sıradan çıxıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hazard La Liqanın 25-ci turunun "Levante" ilə matçının (0:1) 67-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib.

Hazardın son durumu bu gün keçiriləcək tibbi müayinədən sonra bilinəcək. Belçikalı futbolçu uzun müddət idi ki, zədəli idi. Ancaq zədəsini sağaltdıqdan sonra keçirdiyi ilk oyunda sıradan çıxıb.

Hazardın "Mançester Siti" və "Barselona" ilə oyunlarda iştirak etməyəcəyi gözlənilir.

 

Mənbə: news.milli.az